Oğuz
rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə “Gənc Novatorlar” gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Şimal-qərb
regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı” layihəsi həyata
keçirilib. Layihəyə uyğun olaraq gənclərə könüllülük, liderlik, təşəbbüs
qrupları, layihələrin yazılması və idarə olunması mövzusunda təlimlər
keçirildi. Layihənin təqdimat mərasimində Oğuz rayon Gənclər
və İdman İdarəsinin rəisi, QHT nümayəndələri iştirak edirdi. Çıxış edənlər
layihənin region üçün vacibliyini, könüllülüyün regionda əsas problem olmasını
bir daha qeyd etdilər. Gənclər təklif etdilər ki, belə layihələr regionda tez-
tez həyata keçirilsin. Təlimlərdən əvvəl gənclərə təşkilat haqqında məlumat
verildi və fəaliyyətinin əks etdirən məlumat vərəqləri paylanıldı. Təlim 2 gün
keçirildi.
Hiç yorum yok:
Yorum Gönder