16 Nisan 2013 Salı

Qax rayonunda gənclərə könüllük mövzusunda təlim keçirildi.

Qax rayonunda Gənclər və  İdman Nazirliyinin dəstəyi ilə “Gənc Novatorlar” gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Şimal-qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı” layihəsi həyata keçirilib. Layihənin təqdimat mərasimində Qax  rayon  Gənclər və İdman İdarəsinin rəisi, gənclər iştirak edirdi. Çıxış edən idarə rəisi rayon gənclərinin  fəaliyyətindən və uğurlarında danışaraq belə layihələrin rayon gənclərinin gələcək fəaliyyətlərinə müsbət təsir edəcəyini söylədi.  
 Təlimlərdən əvvəl gənclərə təşkilat haqqında məlumat verildi və fəaliyyətinin əks etdirən məlumat vərəqləri paylanıldı. Layihəyə uyğun olaraq gənclərə könüllülük, liderlik, təşəbbüs qrupları, layihələrin yazılması və idarə olunması mövzusunda təlimlər keçirildi.İnteraktiv təşkil olunmuş təlimdə gənclər maraqlı təkliflərlər səsləndirdilər.  Təlim 2 gün keçirildi.


Hiç yorum yok:

Yorum Gönder