11.09.2013-cü il tarixdə “Yaşıla doğru” adlı layihənin
iştirakçıları “Uluçay” təşkilatının ofisində Şəki şəhər Gənclər və İdman idarəsinin
rəisi Vüqar İskəndərovla və bir qrup Şəkili fəal gənclərlə görüş keçirmişdir.V.İskəndərov Azərbaycanda Dövlət Gənclər
Siyasəti haqqında geniş məlumat vermişdir.Xarici gəncləri maraqlandıran
suallar həm idarə rəisi tərəfindən həm də Şəkili fəal gənclər tərəfindən
cavablandırılmışdır.
Görüşdə “Gənc
Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayev
qonaqlara təşkilatın fəaliyyəti barədə məlumatlar vermiş, həyata keçirdiyi
layihə və tədbirlərdən danışmışdır.
Görüş maraqlı
diskussiya şəraitində davam etdirilmişdir.
http://sheki-gii.az/?p=2205
Hiç yorum yok:
Yorum Gönder