15 Aralık 2012 Cumartesi

"ŞƏKİSƏNƏT 2012"( SHEKİART 2012) Gənc Sənətkarların Sərgisi





‎14 dekabr 2012 - ci il tarixində Şəki Rəsm Qalareyasında "Gənc Novatorlar" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Şəki şəhər Gənclər və İdman idarəsi birgə "ŞƏKİSƏNƏT 2012" ( SHEKİART 2012) gənc sənətkarların sərgisini təşkil etdi. Sərgidə gənc sənətkarlarla birgə ali və orta ixtisas məktəblərinin tələbə gəncləri də iştirak edirdi.Sərgidə 30 - a yaxın gənc sənətkarın 300 - dən artıq əl işi nümayiş olundu.
Sərginin keçirilməsində əsas məqsəd milli mənəvi dəyərlərimiz olan el sənətkarlığının gənclər arasında təbliği, gənc sənətkarların və onların əl işlərinin ictimaiyyətə çatdırılmasıdır. Sərginin sonunda fəal iştirak etmiş gənc sənətkarlara Diplom və Hədiyyələr verildi. Sərgiyə gələn qonaqlara gənclərin əl işləri təsvir olunan bukletlər paylanıldı.
Sərgi 2010 – cu ildən etibarən hər il ən - ənəvi olaraq keçirilir.

Hiç yorum yok:

Yorum Gönder