15 Nisan 2013 Pazartesi

"Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Nə? Harada? Nə zaman? İntelektual oyunu üzrə Şəki şəhər turnirinin Birinci mərhələsi keçirildi.




15 aprel tarixində "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı, Şəki şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan İntelektual Oyunlar Klubları Assosasiyasının dəstəyi, İstirahət Sağlamlıq Mərkəzinin(İSSAM) Baş sponsorluğu, , Kanal S -in İnformasiya Dəstəyi ilə Azərbaycan Müəliimlər İnstitutunun Şəki filialında  “Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş" Nə? Harada? Nə zaman? İntelektual oyunu üzrə Şəki şəhər turnirinin Birinci mərhələsi  təşkil olundu. Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. 
Mərasimdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, İstirahət Sağlamlıq Mərkəzinin , Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri  Murad İsayev, "Gənc Novatorlar" G.M.İ.B - nin tərkibində yeni fəaliyyətə başlayan Şəki intelektual oyunlar Klubunun sədri Elbrus Əhmədli , təşkilatın üzvləri, gənclər  iştirak edirdi. 
 Oyunda Şəkidə yerləşən ali və orta ixtisas məktəblərini təmsil edən 10 komanda iştirak edirdi. Oyunun sonunda I,II,III yerləri tutan komandalara sertifikatlar verildi.  I yer tutan komanda baş sponsor İstirahət Sağlamlıq Mərkəzi( İSSAM) tərəfindən mükafatlandırıldı. İlk 4 yeri tutan komanda 4 may 2013 – cü il  tarixində keçiriləcək Final mərhələsinə vəsiqə qazandı. 1-ci yer -  Number One komandası ( AMİ-nin Şəki filialı)
2 – ci yer  -  Buta komandası ( AMİ- nin Şəki filialı)
3 – cü yer -  Elit komandası ( Şəki Tibb Kolleci)
4- cü yer -  Optimistlər
Oyunun 2-ci mərhələsi 18 apreldə orta məktəblərin şagirdlərindən ibarət komandalar arasında keçiriləcək.



Hiç yorum yok:

Yorum Gönder