"Genc Novatorlar" gənclərin maarifləndirilməsi ictimai birliyinin əsas məqsədi gənclər arasında elm və təhsilə olan marağın artırılmasına kömək etməkdir.
16 Nisan 2013 Salı
Qax rayonunda gənclərə könüllük mövzusunda təlim keçirildi.
Qax rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Novatorlar” gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Şimal-qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı” layihəsi həyata keçirilib. Layihənin təqdimat mərasimində Qax rayon Gənclər və İdman İdarəsinin rəisi, gənclər iştirak edirdi. Çıxış edən idarə rəisi rayon gənclərinin fəaliyyətindən və uğurlarında danışaraq belə layihələrin rayon gənclərinin gələcək fəaliyyətlərinə müsbət təsir edəcəyini söylədi.

Təlimlərdən əvvəl gənclərə təşkilat haqqında məlumat verildi və fəaliyyətinin əks etdirən məlumat vərəqləri paylanıldı. Layihəyə uyğun olaraq gənclərə könüllülük, liderlik, təşəbbüs qrupları, layihələrin yazılması və idarə olunması mövzusunda təlimlər keçirildi.İnteraktiv təşkil olunmuş təlimdə gənclər maraqlı təkliflərlər səsləndirdilər. Təlim 2 gün keçirildi.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder