16-17 iyul 2014 - cü il tarixlərində Şəki şəhərində “Gənc
Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikası Prezindenti yanında Gənclər Fondunun dəstəyi ilə “Davamlı insan
inkişafına mane olan amillərlə mübarizə” adlı layihə həyata keçirildi. Layihənin
keçirilməsində əsas məqsəd davamlı insan inkişafına mane olan amillər barədə gəncləri
məlumatlandırmaqdır. Layihənin açılış mərasimində Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr
sektorunun məsləhətçisi Ramin Cəfərov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi
Vüqar İskəndərov, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai
Birliyinin sədri Murad İsayev iştirak
edirdi. Çıxış edən V.İskəndərov gənclərin inkişafına mane olan amillərə qarşı
maarifləndirilmə işində layihənin önəmindən danışdı. Daha sonra çıxış edən R.Cəfərov Gənclər Fondu
haqqında iştirakçılara məlumat verdi və onları da öz ideyalarını reallaşdırmaq
üçün Gənclər Fonduna müraciət etməyə çağırdı. Çıxış edən M.İsayev Layihənin məqsədi
haqqında məlumat verdi və qeyd etdi ki, Azərbaycanda siqaretdən istifadə
yaşının azalması gənclərin bu sahədə maarifləndirilməsinə ehtiyac olduğunu göstərdi.
Açılış mərasimindən sonra gənclərə təlimlərə başlanıldı. 2 gün ərzində
layihənin məqsədinə uyğun olaraq siqaret, narkomaniya, insan alveri,
alkoqalizmdən qorunmaq haqqında təlimlər keçirildi.
Layihədə Şəki və respublikanın digər regionlarından
gənclər iştirak edirdi. Layihənin sonuncu günündə layihənin bağlanış mərasimi
keçirildi və layihə iştirakçılarına sertifikatlar verildi.
Hiç yorum yok:
Yorum Gönder