13 Kasım 2013 Çarşamba

Arxeoloji layihə keçirildi.


9 – 10 noyabr 2013 – cü il tarixlərində Şəki şəhərində Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin arxeoloji bilik və bacarıqlarının artırılması” adlı layihə keçirilib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin arxeoloji biliklərinin artırılması, regiondakı tarixi və arxeoloji yerlərlə daha yaxından tanış etməkdir. Layihədə Azərbaycanın müxtəlif bölgələrindən olan 35 nəfər gənc iştirak edib. Layihənin ilk günündə layihənin açılış mərasimi keçirilib. Tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, Şəkinin Veb ensklopediyası layihəsinin rəhbəri Aslan Əlişahoğlu, fəal gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə layihə rəhbəri Pakizə İsrafiloava açaraq iştirakçıları salamladı, layihə haqqında məlumat verdi. Daha sonra Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyini sədri Murad İsayev, Şəkinin Veb ensklopediyası layihəsinin rəhbəri Aslan Əlişahoğlu çıxış edərək iştirakçılara uğurlar arzuladılar. Tədbirdə Şəkinin tarixini, adət - ənənələrini, memarlıq abidələrini əks etdirən video çarx nümayiş olundu.

Layihənin 2 – ci günündə gənclər Şəkinin arxeoloji və tarixi yerlərinə ekskursiya edərək buradakı arxeoloji tapıntılarla daha yaxından tanış oldular. Ekskursiya zamanı gənclər həmçinin Kiş Alban məbədində, Şəki Xan Sarayında, Yuxarı Karvansarayda,  Şəhidlər Xiyabanında da oldular. Layihənin sonunda layihə iştirakçılarına layihədə iştiraklarına görə Sertifikat verildi.



Hiç yorum yok:

Yorum Gönder