3 Ekim 2012 Çarşamba

"Hepatitsiz Həyat" Layihəsi üzrə ilk görüş

 3 oktyabr 2012 - ci il tarixdə "Gənc Novatorlar" G.M.İ.B Şəki şəhər N.Gəncəvi adına 7 saylı orta məktəbdə "Hepatitsiz Həyat" layihəsinin davamı olaraq şagirdlərlə görüş keçirdi.
Görüşdə şagirdlərə hepatit xəstəliyi, onun növləri, yayılması və xəstəliyə qarşı mübarizə yolları barədə məlumat verildi.
 Görüşü giriş sözü ilə " Gənc Novatorlar" G.M.İ.B - in sədr müavini Daşqın Yunusov açdı. O, təşkilat barəsində tədbirdə iştirak edən şagirdləri  məlumatlandırdı.. Daha sonra təşkilatın sədri Murad  İsayev layihə haqqında danışdı.  Çıxışını bitirdikdən sonra  sözü təşkilatın üzvü  Xəyalə Musayevaya verdi.O da öz növbəsində  Hepatit  xəstəliyi haqqında ətraflı məlumat verdi. Sonda məktəbin müəllimi Emin Eminov belə bir layihəni həyata  keçiridyinə görə "Gənc Novatorlar" G.M.İ.B - ə məktəbin kollektivi adından minnətdarlığını bildirdi.
Görüşdə məktəbin şagirdləri fəal iştirak etdilər. Tədbir Şəki Kanal S televiziyası tərəfindən işıqlandırıldı.
Layihənin keçirilməsində  Şəki Gənclər və İdman İdarəsi, Şəki şəhər təhsil şöbəsi dəstək göstərmişdir.









Hiç yorum yok:

Yorum Gönder