30 Eylül 2015 Çarşamba

"Ailə daxilində bədən dili" layihəsinə Ərizə qəbulu başladı

gencler fondu
24-27 oktyabr  tarixləri arasında Şəki şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Ailə daxilində bədən dili” adlı layihə keçiriləcək. 

28 Mart 2015 Cumartesi

"Regional karyera akademiyası" başa çatdı

 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi  ilə “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Şəki şəhərində “ Regional karyera akademiyası” adlı layihə keçirildi. Layihədə şimal – qərb regionunun müxtəlif rayon və şəhərlərindən 30 nəfər gənc iştirak edirdi.

20 Şubat 2015 Cuma

"Regional karyera akademiyası" layihəsinə ərizə qəbulu başladı


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  dəstəyi ilə " Gənc Novatorlar" gənclərin maarifləndiririlməsi İctimai Birliyi tərəfindən "Regional karyera akademiyası" adlı layihə  keçiriləcək. 

25 Kasım 2014 Salı

Üzvlərin qəbulu

"Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi Yeni Üzvlərin qəbulu elan edir.  Siz  də yeni fəaliyyətə  başlayan İntelektual Oyunlar , Biznes, Mafia (Əyləncəli Oyun), Karyera, Gənc sənətkarlar klublarında iştirak etməklə asudə vaxtınızı səmərəli keçirə bilərsiniz.  Həmçinin siz üzv olmaqla regionun və respublikanın ictima həyatında fəal iştirak edəcəksiniz.  Üzv olmaq istəyənlər aşağıdakı linkə daxil olaraq Ərizə formasını doldurub gencnovatorlar@gmail.com email ünvanına göndərə bilərlər. Ərizələr qəbul olunduqdan 1 həftə ərzində cavab email vasitəsilə göndəriləcək.

Qeyd:  Yalnız Şəki və ətraf rayonlardan olan gənclər üzvlük üçün müraciət edə bilər. 

https://docs.google.com/document/d/13Unfr95SKXz_zNvWGCCLgd-3sHjc1uTvYVIneFC_bqA/edit?pli=1 ƏRİZƏ FORMASİ

18 Temmuz 2014 Cuma

“Davamlı insan inkişafına mane olan amillərlə mübarizə” Layihəsi

16-17 iyul 2014 - cü il tarixlərində Şəki şəhərində “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun dəstəyi ilə “Davamlı insan inkişafına mane olan amillərlə mübarizə” adlı layihə həyata keçirildi. Layihənin keçirilməsində əsas məqsəd davamlı insan inkişafına mane olan amillər barədə gəncləri məlumatlandırmaqdır. Layihənin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramin Cəfərov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayev  iştirak edirdi. Çıxış edən V.İskəndərov gənclərin inkişafına mane olan amillərə qarşı maarifləndirilmə işində layihənin önəmindən danışdı.  Daha sonra çıxış edən R.Cəfərov Gənclər Fondu haqqında iştirakçılara məlumat verdi və onları da öz ideyalarını reallaşdırmaq üçün Gənclər Fonduna müraciət etməyə çağırdı. Çıxış edən M.İsayev Layihənin məqsədi haqqında məlumat verdi və qeyd etdi ki, Azərbaycanda siqaretdən istifadə yaşının azalması gənclərin bu sahədə maarifləndirilməsinə ehtiyac olduğunu göstərdi. Açılış mərasimindən sonra gənclərə təlimlərə başlanıldı. 2 gün ərzində layihənin məqsədinə uyğun olaraq siqaret, narkomaniya, insan alveri, alkoqalizmdən qorunmaq haqqında təlimlər keçirildi.
Layihədə Şəki və respublikanın digər regionlarından gənclər iştirak edirdi.  Layihənin  sonuncu günündə layihənin bağlanış mərasimi keçirildi və layihə iştirakçılarına sertifikatlar verildi.


7 Temmuz 2014 Pazartesi

Layihəyə qəbul başladı

16-17 iyul 2014 - cü il tarixlərdə Şəki şəhərində "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun dəstəyi ilə " Davamlı insan inkişafına mane olan amillərlə mübarizə" adlı layihə keçiriləcək. Layihədə gənclərə narkomaniya, alkoqolizm, alsan alveri və digər insan inkişafına mane olan amillərlə mübarizə mövzusunda təlimlər keçiriləcək. Layihədə iştirak etmək istəyənlər 12 iyul 2014 -cü il saat 18.00 -dək linkdəki Ərizə formasını dolduraraq gencnovatorlar@gmail. com ünvanına göndərmələri xahiş olunur. Layihədə 14-30  yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak haqqı qazanmış şəxslərə e-mail vasitəsilə məlumat veriləcək.https://docs.google.com/document/d/13Unfr95SKXz_zNvWGCCLgd-3sHjc1uTvYVIneFC_bqA/edit?pli=1