20 Şubat 2015 Cuma

"Regional karyera akademiyası" layihəsinə ərizə qəbulu başladı


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  dəstəyi ilə " Gənc Novatorlar" gənclərin maarifləndiririlməsi İctimai Birliyi tərəfindən "Regional karyera akademiyası" adlı layihə  keçiriləcək. 

Layihənin keçirilməsində əsas məqsəd  regionda yaşayan və təhsil alan gəncləri karyera qurulması, inkişaf etdirilməsi haqqında maarifləndirmək, karyeralarında yüksəlişlərinə nail olmaqdır. 

Layihədə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ rayonlarında yaşayan və təhsil alan gənclər iştirak edə bilər. Layihə 24 - 25  mart tarixlərində Şəki şəhərində keçiriləcək.  

İştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olmalı, Ərizə formasını endirib doldurduqdan sonra  gencnovatorlar@gmail.com emailinə göndərməlidir. Ərizələrin qəbul  10 mart saat 18.00 -  da başa çatacaq. Nəticələr 15 mart tarixində təşkilatın facebook səhifə və qrupunda yayımlanacaq. 

Ərizə


Hiç yorum yok:

Yorum Gönder