30 Eylül 2012 Pazar

Biz kimik?


"Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi  18 avqust 2010- cu ildə təşəbbüs qrupu olaraq fəaliyyətə başlayıb. 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilat hələ təşəbbüs qrupu kimi fəaliyyət göstərərkən Şəki şəhərində  Gənclər və İdman idarəsinin dəstəyi ilə bir sıra layihələr həyata keçirib.

2010-cu ilin oktyabr ayında "Mən Lider Olsaydım.." adlı məktəblilər arasında inşa yarışması keçirilmişdir. Yarışmanın qalibləri 2 fevral 2011-ci il "Gənclər günü"nə həsr olunmuş Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə idarənin və təşkilatın adından Diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

12 dekabr 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anim günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, QHT nümayəndələri və gənclər iştirak etmişlər. Tədbirdə təşkilatın hazırladığı video çarx nünayiş olundu və qonaqlar ümummilli liderlə bağlı çıxışlar etdilər.

24-25 dekabr 2010-cu ildə "Şəkisənət 2010" adlı gənc sənətkarların sərgisi keçirilmişdir. Sərgidə şəhər icra hakimiyyətinin, bələdiyyəsinin, mədəniyyət və turizm idarəsinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak etmişdir. Sərginin sonunda iştirakçılar İcra hakimiyyətinin, Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizm İdarəsinin Diplom və Hədiyyərinə layiq görülmüşlər.

24 dekabr 2011-ci ildə "Şəkisənət 2011" adlı II gənc sənətkarların sərgisi keçirildi. Sərgidə Gənclər və idman İdarəsinin rəisi Vüqar İsgəndərov, İcra hakimiyyətinin nümayəndəsi və gənclər iştirak edirdi. Sərginin sonunda iştirakçılar Gənclər və İdman İdarəsinin Diplom və Hədiyyələrinə layiq görüldü.

3 yanvar 2012 –ci ildə Milli Demokratiya İnstitunun maliyyə dəstəyi ilə “ Hepatitsiz Həyat” layihəsi həyata keçirilmişdir. layihənin keçirilməsində əsas məqsəd Şəki şəhərində hepatit xəstəliyinə qarşı insanların maarifləndirilməsidir. Layihənin davamlılığı olaraq məktəblərdə də maarifləndirici tədbirlər keçiriləcək.

Bu işlərlə bərabər təşəbbüs qrupu olaraq Şəkidə ictimai işlərdə də könüllü və fəal olaraq iştirak etmişik. Təşəbbüs qrupu 15 may 2012-ci ildə Gənclər təşkilatı olaraq davam etdirilməsi  üçün təsis yığıncağı keçirdi qeydiyyat sənədlərinin Ədliyyə Nazirliyinə göndərilməsinə, təşkilatın qurulmasına dair qərar qəbul etdi. 29 iyun 2012 - ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.




Hiç yorum yok: