28-29 noyabr 2013- cü il tarixində Azərbaycan
Respublikası Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki şəhərində
“ Yol hərəkəti qaydalarını bilək və əməl edək” adlı layihə keçirildi. Layihənin
keçirilməsində əsas məqsəd gəncləri, məktəbləri yol hərəkət qaydaları haqqında
məlumatlandırmaqdır. Layihənin ilk günündə Şəki şəhərində təhsil alan tələbə gənclər
iştirak etdilər. Tədbirə qonaq qismində Şəki şəhər Gənclər və İdman İdarəsinin
rəisi Vüqar İskəndərov, Şəki şəhər rayon polis şöbəsinin dövlət yol bölməsinin
baş inspektoru Tural Niftaliyev iştirak etmişdir. Qonaqlar layihənin əhəmiyyəti
və vacibliyi haqqında məlumat verdilər. Çıxış edən T.Niftaliyev gənclərə yol hərəkət
qaydaları haqqında məlumat verdi. Tədbirin ikinci günündə Şəki şəhərinin orta məktəb
şagirdləri iştirak etdi. Təbirdə qonaq qismində Şəki şəhər Təhsil şöbəsinin
metodisti Anar Məmmədov, Şəki şəhər rayon dövlət yol polis bölməsinin təbliğat
təşviqat üzrə inspektoru baş polis leytnantı Fəqan Mehdiyev iştirak etdilər.
Qonaqlara şagirdlərə yol hərəkət qaydaları haqqında ətraflı məlumat verilər. Tədbirlərin
sonunda gənclərə məlumatlandırıcı braşuralar paylandı. Tədbirdən sonra
braşuralar şəhər sakinlərinə də paylanıldı.
Layihə "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin həmtəsisçisi Salman Əliheydərovun Gənclər Fondunun III qrant müsabiqəsində C kateqoriyası üzrə qalib olub.
Hiç yorum yok:
Yorum Gönder