4 Aralık 2013 Çarşamba

Mükafata layiq görüldük.

1 dekabr 2013 - cü il tarixində  Şəkinin Veb Ensklopediyasının təqdimat və mükafatlandırma mərasimi keçirildi. Mərasimdə "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai  Birliyi dəVeb Ensklopediyanın tərəfdaşı olaraq iştirak edirdi.  Veb Ensklopediyanın redaksiya heyəti layihənin tərəfdaşlarına müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim etdilər. "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi Şəki gəncliyinin maarifləndirilməsində xidmətlərinə görə mükafata layiq görüldü. Mükafatı Şəkinin Veb Ensklopediyasının redaksiya heyətinin üzvü Vaqif Kərimov "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayevə təqdim etdi. 
"Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi olaraq Şəki Veb Ensklopediyasının kollektivinə fəaliyyətlərinə uğurlar arzulayır və bizi bu dəyərli mükafata layiq gördükləri üçün təşəkkürümüzü bildiririk.


Hiç yorum yok:

Yorum Gönder