5 dekabr 2013 - cü il tarixində - Beynəlxalq Könüllülər günündə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Azərbaycan Könüllülük Xidməti" proqramı çərçivəsində 10 gənclər təşkilatına Milli Akreditasiya Sertifikatı təqdim edib.
2013-ci ilin mart ayında Avropa Könüllük Xidməti (EVS - "European Volunteer Service") üzrə akreditasiyadan keçmiş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası elə o andan Milli səviyyədə "Azərbaycan Könüllülük Xidməti" proqramını reallaşdırmağa başlayıb.
Proqramın başlanmasına Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəstək görstərib.
"Azərbaycan Könüllülük Xidməti" proqramının əsas məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməkdir. Bununla da Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadiləsini təşkil etmək də proqramın məqsədləri sırasındadır.
Milli Akreditasiya Sertifikatına layiq görülən 10 gənclər təşkilatından biri də "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyidir. Sertifikat Birliyin sədri Murad İsayevə təqdim olunub. Birliyin könüllüsü Şəfəq Həmidova "Azərbaycan Könüllülük Xidməti" proqramında iştirak edib.
Hiç yorum yok:
Yorum Gönder