Azərbaycan
Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant
müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsayev Murad Muxtar oğlu Fondun
dəstəyi ilə Şəki şəhərində 20 oktyabr
2013 - cü il tarixində “Elektron hökumət və gənclik” adlı layihə keçirmişdir.
Layihənin keçirilməsində əsas məqsəd hökumətin təklif etdiyi elektron
xidmətlər,elektron hökumət portalı ( www. e
- gov.az ) və ondan istifadə haqqında gəncləri maarifləndirməkdir.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəffaflıq Azərbaycan Təşkilatı - ATƏT – in Qanunun Aliliyi Hüquq Resurs
Mərkəsinin layihə koordinatoru Tural Salamov və Şəkinin fəal gəncləri iştirak
edirdilər.
Tədbiri giriş
sözü ilə layihə rəhbəri Murad İsayev açaraq qonaqları salamladı və layihə
haqqında məlumat verdi. Çıxış üçün söz Şəki şəhər Gənclər və İdman İdarəsinin
rəisi Vüqar İskəndərova verildi. V. İskəndərov da öz növbəsində layihənin
aktual bir məsləyə həsr olunduğunu bildirdi və gənclərin, vətəndaşların bu
mövzu haqqında maarifləndirilməsinin vacib olduğunu bildirdi.
Daha sonra
Şəffaflıq Azərbaycan Təşkilatı - ATƏT –
in Qanunun Aliliyi Hüquq Resurs Mərkəsinin layihə koordinatoru Tural Salamov
çıxış edərək təşkil olunan elektron xidmətlərin korrupsiya və baş verə
biləcək qanun pozuntularının qarşısının
alınmasında əsas rol oynadığını bunun üçün də bu xidmətlərin tədbiqinin
genişləndirilməsində belə tədbirlərin əsas rol oynadığını bildirdi.
Çıxışlardan
sonra elektron xidmətlər və onlardan istifadə haqqında layihə rəhbəri Murad
İsayev məlumat verdi. Həmçinin elektron hökumət portalında təklif olunan
elektron xidmətlər haqqında slide təqdim
edildi. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində aparıldı və
qiymətləndirmə ilə yekunlaşdı. İştirakçılar gələcək də belə layihələrin daha
çox keçirilməsini təklif etdilər və belə layihələri dəstəklədiyi üçün Gənclər
Fonduna təşəkkürlərini bildirdilər. Hazırlanan braşuralar iştirakçılara,
tədbirdən sonra tələbələrə paylanıldı.
Hiç yorum yok:
Yorum Gönder