“Elektron hökumət və gənclik” adlı layihə keçiriləcək
Şəki şəhərində
Azərbaycan Respublikası Prezdenti yanında Gənclər Fondunun dəstəyi ilə
“Elektron hökumət və gənclik” adlı layihə keçiriləcək. Layihə Şəki gəncləri
üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi Şəki
şəhərində elektron hökumət və elektron xidmətlər haqqında gənclərin maarifləndirilməsidir.
Gənclər layihədə iştirak etməklə
elektron hökumət portalı , təklif olunan elektron xidmətlər haqqında
biliklərə sahib olacaqlar. Həmçinin iştirak edən gəncin elektron hökumət
portalından istifadəçi hesabı yoxdursa təlim zamanı həmin gənclərə istifadəçi
hesabı açılacaq. Təlimdə elektron xidmətlər təklif edən dövlət qurumlarının nümayəndələrinin
də iştirakı gözlənilir. Layihədə iştirak etmək istəyən gənclər linkdəki formanı
dolduraraq muradisa@gmail.com göndərə
bilərlər. Layihənin təqribi oktyabr ayının ikinci yarisi 1günlük keçirilməsi
plamlaşdırılır.
Hiç yorum yok:
Yorum Gönder