24-27 oktyabr tarixləri arasında “Ailə
daxilində bədən dili” adlı layihə keçirilmişdir.
"Genc Novatorlar" genclerin maariflendirilmesi İctimai Birliyi
"Genc Novatorlar" gənclərin maarifləndirilməsi ictimai birliyinin əsas məqsədi gənclər arasında elm və təhsilə olan marağın artırılmasına kömək etməkdir.
28 Ekim 2015 Çarşamba
30 Eylül 2015 Çarşamba
"Ailə daxilində bədən dili" layihəsinə Ərizə qəbulu başladı
24-27 oktyabr tarixləri arasında Şəki şəhərində Azərbaycan
Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Novatorlar”
gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Ailə daxilində bədən
dili” adlı layihə keçiriləcək.
28 Mart 2015 Cumartesi
"Regional karyera akademiyası" başa çatdı
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə “Gənc Novatorlar” gənclərin
maarifləndirilməsi İctimai Birliyi tərəfindən Şəki şəhərində “ Regional karyera
akademiyası” adlı layihə keçirildi. Layihədə şimal – qərb regionunun müxtəlif
rayon və şəhərlərindən 30 nəfər gənc iştirak edirdi.
20 Şubat 2015 Cuma
"Regional karyera akademiyası" layihəsinə ərizə qəbulu başladı
25 Kasım 2014 Salı
Üzvlərin qəbulu
"Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi Yeni Üzvlərin qəbulu elan edir. Siz də yeni fəaliyyətə başlayan İntelektual Oyunlar , Biznes, Mafia (Əyləncəli Oyun), Karyera, Gənc sənətkarlar klublarında iştirak etməklə asudə vaxtınızı səmərəli keçirə bilərsiniz. Həmçinin siz üzv olmaqla regionun və respublikanın ictima həyatında fəal iştirak edəcəksiniz. Üzv olmaq istəyənlər aşağıdakı linkə daxil olaraq Ərizə formasını doldurub gencnovatorlar@gmail.com email ünvanına göndərə bilərlər. Ərizələr qəbul olunduqdan 1 həftə ərzində cavab email vasitəsilə göndəriləcək.
Qeyd: Yalnız Şəki və ətraf rayonlardan olan gənclər üzvlük üçün müraciət edə bilər.
https://docs.google.com/document/d/13Unfr95SKXz_zNvWGCCLgd-3sHjc1uTvYVIneFC_bqA/edit?pli=1 ƏRİZƏ FORMASİ
Qeyd: Yalnız Şəki və ətraf rayonlardan olan gənclər üzvlük üçün müraciət edə bilər.
https://docs.google.com/document/d/13Unfr95SKXz_zNvWGCCLgd-3sHjc1uTvYVIneFC_bqA/edit?pli=1 ƏRİZƏ FORMASİ
18 Temmuz 2014 Cuma
“Davamlı insan inkişafına mane olan amillərlə mübarizə” Layihəsi
16-17 iyul 2014 - cü il tarixlərində Şəki şəhərində “Gənc
Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikası Prezindenti yanında Gənclər Fondunun dəstəyi ilə “Davamlı insan
inkişafına mane olan amillərlə mübarizə” adlı layihə həyata keçirildi. Layihənin
keçirilməsində əsas məqsəd davamlı insan inkişafına mane olan amillər barədə gəncləri
məlumatlandırmaqdır. Layihənin açılış mərasimində Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr
sektorunun məsləhətçisi Ramin Cəfərov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi
Vüqar İskəndərov, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai
Birliyinin sədri Murad İsayev iştirak
edirdi. Çıxış edən V.İskəndərov gənclərin inkişafına mane olan amillərə qarşı
maarifləndirilmə işində layihənin önəmindən danışdı. Daha sonra çıxış edən R.Cəfərov Gənclər Fondu
haqqında iştirakçılara məlumat verdi və onları da öz ideyalarını reallaşdırmaq
üçün Gənclər Fonduna müraciət etməyə çağırdı. Çıxış edən M.İsayev Layihənin məqsədi
haqqında məlumat verdi və qeyd etdi ki, Azərbaycanda siqaretdən istifadə
yaşının azalması gənclərin bu sahədə maarifləndirilməsinə ehtiyac olduğunu göstərdi.
Açılış mərasimindən sonra gənclərə təlimlərə başlanıldı. 2 gün ərzində
layihənin məqsədinə uyğun olaraq siqaret, narkomaniya, insan alveri,
alkoqalizmdən qorunmaq haqqında təlimlər keçirildi.
Layihədə Şəki və respublikanın digər regionlarından
gənclər iştirak edirdi. Layihənin sonuncu günündə layihənin bağlanış mərasimi
keçirildi və layihə iştirakçılarına sertifikatlar verildi.
7 Temmuz 2014 Pazartesi
Layihəyə qəbul başladı
16-17 iyul 2014 - cü il tarixlərdə Şəki şəhərində "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun dəstəyi ilə " Davamlı insan inkişafına mane olan amillərlə mübarizə" adlı layihə keçiriləcək. Layihədə gənclərə narkomaniya, alkoqolizm, alsan alveri və digər insan inkişafına mane olan amillərlə mübarizə mövzusunda təlimlər keçiriləcək. Layihədə iştirak etmək istəyənlər 12 iyul 2014 -cü il saat 18.00 -dək linkdəki Ərizə formasını dolduraraq gencnovatorlar@gmail. com ünvanına göndərmələri xahiş olunur. Layihədə 14-30 yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak haqqı qazanmış şəxslərə e-mail vasitəsilə məlumat veriləcək.https://docs.google.com/document/d/13Unfr95SKXz_zNvWGCCLgd-3sHjc1uTvYVIneFC_bqA/edit?pli=1
Kaydol:
Kayıtlar (Atom)