2 Kasım 2012 Cuma

Jurnalistika Kursunun açılış mərasimi




1 noyabr 2012 -ci il tarixdə Kanal S televiziyasında "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı "Kanal S" televiziyasının dəstəyi ilə həyata keçirilən Jurnalistika Kursunun açılış mərasimi oldu. Mərasimdə Şəki şəhər İcra hakimiyyətinin başçısının müavini Zərinə Cavadova, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, İcra hakimiyyəti ictimai - siyasi şöbəsinin müdiri Sadiq Yusifov, Kanal S və "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyinin rəhbərliyi , şəhərdə fəaliyyət göstərən İctimai təşkilatların rəhbərləri, gənclər iştirak edirdilər.
Tədbirdə çıxış edən qonaqlar kursun əhəmiyyətində danışdılar və bu kursun Şəkidə yeni jurnalistika məktəbinin əsasını qoyduğunu qeyd etdilər. Kurslarda yerli jurnalistlərlə bərabər tanınmış jurnalistlər (Şərqiyyə Hüseynova, Həmidə Ömərova, Naadir Bədəlov, Asif Bağırov və s.) dərs deyəcəklər. Tədbirin sonunda Kanal S və " Gənc Novatorlar" gənclərin maarifləndirilməsi ictimai Birliyi arasında əməkdaşlığa dair müqavilə imzalandı.Jurnalistika Kursu
Kurslar hər hərfətənin şənbə və bazar günləri keçiriləcək. Kursu müvəffəqiyyətlə bitirənlər Kanal S televiziyasında işlə təmin olunacaq.

Hiç yorum yok:

Yorum Gönder