M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş bilik
yarışması “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı,
Şəki şəhər Gənclər və İdman İdarəsi, Şəki şəhər Təhsil şöbəsinin dəstəyi ilə məktəblilər
arasında keçirildi.
Bilik yarışınin keçirilməsində məqsəd:
1. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin
M.F. Axundzadənin yaradıcılığı barədə
biliyinin artırılması.
2.Şagirdlər arasında M.F.
Axundzadə yaradıcılığının geniş təbliğ olunması.
3.İstedadlı
şagirdlərin aşkar edilməsi.
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, Şəki şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək komandalara uğurlar arzuladılar.
Bilik yarışında şəhərdə yerləşən hər
məktəbdən 4 nəfər olmaqla 1(bir) komanda iştirak edirdi.
Yarışın sonunda I,II,III yerləri tutan
komandalar mükafatlandırıldı.
I yer - 18 saylı orta məktəb
II yer - 5 saylı orta məktəb
III yer - 14 saylı orta məktəb
Hiç yorum yok:
Yorum Gönder