3 Şubat 2013 Pazar

"Şimal - qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı"



27 - 28 yanvar 2012 -ci il tarixində "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi həyata keçiriləcək "Şimal - qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı" layihəsinin təqdimatını və təlimləri  keçirdi. 27 yanvar tarixində layihənin ilk təlimi keçirildi. Təlimdən əvvəl birliyin sədri Murad İsayev təşkilatın fəaliyyəti haqqında iştirakçılara hesabat verdi. Daha sonra layihənin təqdimatı baş tutdu. Təqdimatda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, "Balans"İMİB -in sədri Möhübbəli Nağıyev, ali və orta ixtisas məktəblərinin tələbə gəncləri,gənclər təşkilatlarının üzvləri iştirak edirdi. V.İskəndərov çıxış edərək layihənin region üçün vacibliyi barədə məlumat verdi və təşkilata gələcək fəaliyyətində uğurlar arzuladı. Təqdimatdan sonra gənclərə Könüllülük, Liderlik və təşəbbüs qrupları barədə təlim keçirildi. 28 yanvar tarixində gənclərə Layihə yazılması və idarə olunması haqqında məlumatlar verildi.

Hiç yorum yok:

Yorum Gönder