16 fevral 2012- ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Məclisində təşkilatımız üzv təşkilatlarının səsverməsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv qəbul edildi.
Təşkilatımız Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzvlük üçün müraciət etmişdi. Milli Şurada müraciətimiz dəyərləndirilib və 16 fevralda keçirilən ARGTMŞ-nın Məclisinə səsvermə üçün çıxarılmışdır. Səsvermədən öncə Şuraya 16 təşkilatın namizədliyi irəli sürüldü.Lakin təşkilatlardan 5-i iştirak etmədiyinə görə səsverməyə çıxarılmadı. Səsverməyə çıxarılan 11 təşkilatdan biri də məhz "Gənc Novatorlar"gənclərin maarifləndirilməsi İctimai Birliyi oldu. Üzvlüyə namizəd olan təşkilatlar fəaliyyətləri barəsində iştirakçılara məlumat verdilər.Səsvermə nəticəsidə 11 təşkilat ARGTMŞ-ya qəbul edildi.
Hiç yorum yok:
Yorum Gönder